Xəbər lenti

Bütün riyaziyyatı tək bir əməliyyata endirmək olar - Fizikdən qeyri-adi nəzəriyyə
Dünya 21:26 28.04.2026

Bütün riyaziyyatı tək bir əməliyyata endirmək olar - Fizikdən qeyri-adi nəzəriyyə

Riyaziyyat mürəkkəb elm sayılır və onu tək bir əməliyyata endirmək qeyri-mümkün görünür. Lakin bir nəzəri fizik bu fikirlə razılaşmır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Descopera.ro” yazır.

Bildirilir ki, Polşanın Yagellon Universitetinin nəzəri fiziki Andjey Oyivolek hesab edir ki, bütün riyaziyyatı toplama, çıxma, kök alma və ya triqonometrik funksiyalar olmadan bir əməliyyata sığdırmaq mümkündür.

Onun fikrincə, yüksək riyaziyyat göstərir ki, bir çox müxtəlif qaydaları olan əməliyyatlar əslində artıqdır. Məsələn, triqonometrik funksiyalar kompleks eksponent vasitəsilə ifadə oluna bilər.

Oyivolek "eml(x, y)” adlanan vahid bir əməliyyat təklif edir və iddia edir ki, bu funksiya bütün digər əməliyyatları əvəz edə bilər.

Nəşrdə qeyd olunur ki, bu ideyanı iki düyməli kalkulyator kimi təsəvvür etmək olar: "1” və "EML”. Funksiya "exponent minus log” sözlərindən yaranıb və belə ifadə olunur: eml(x, y) := exp(x) – ln(y).

Praktikada bu funksiyadan istifadə son dərəcə çətindir. Məsələn, 0 almaq üçün eml(1, eml(eml(1, 1), 1)) kimi mürəkkəb ifadə yazmaq lazımdır ki, bu da sadə "0” düyməsindən qat-qat çətindir.

Qeyd olunur ki, burada əsas məqsəd səmərəlilik deyil. Bu ideya simvolik reqressiya metodları ilə aparılan daha geniş "tam axtarış” layihəsinin yan məhsulu kimi ortaya çıxıb. Alimlər mümkün qədər çox ifadəni yoxlayaraq dəqiq formulları tapmağa çalışırlar.

Bu kontekstdə Ojiwolek belə bir sual qoyub: belə axtarış üçün ən sadə əsas nə ola bilər? Cavab kimi EML əməliyyatı ortaya çıxıb.

Problem ondadır ki, əməliyyatların sayı azaldıqca ifadələrin mürəkkəbliyi artır. Hətta sadə funksiyalar belə çoxlu mötərizələr tələb edir və alqoritmlər həll tapmaqda çətinlik çəkir.

Bununla belə, araşdırma göstərir ki, belə bir sadələşdirmə mümkündür və gələcək tədqiqatlar üçün yeni istiqamətlər açır. Ojiwolek gələcəkdə daha effektiv oxşar əməliyyatların da kəşf olunacağını düşünür.

Aydın
--> -->