Xəbər lenti

BŞİH-də müşavirə: İki icra başçısına ciddi xəbərdarlıq edildi
Ölkə 10:24 10.07.2024

BŞİH-də müşavirə: İki icra başçısına ciddi xəbərdarlıq edildi

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rayonlarda görülən təmir işlərininin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->