Xəbər lenti

Bəşəriyyətin yoxa çıxması təhlükəsi artır: Alimlər Sİ-nin dayandırlmasını tələb edir
Texnologiya 19:05 31.05.2023

Bəşəriyyətin yoxa çıxması təhlükəsi artır: Alimlər Sİ-nin dayandırlmasını tələb edir

ABŞ-ın Süni İntellektin Təhlükəsizliyi Mərkəzi və digər ekspert qrupları süni intellekt texnologiyalarının inkişafının bəşəriyyətin yox olması təhlükəsi yaratdığı barədə xəbərdarlıq ediblər.
 
Qaynarinfo "Rosbalt"a istinadən xəbər verir ki, onların fikrincə, belə bir senarinin qarşısının alınması üçün tədbirlər görülməlidir.
 
Mütəxəssislərin fikrincə, süni intellekt sayəsində məhv olmaq riskinin azaldılması pandemiya və nüvə müharibəsi kimi digər təhlükələrlə yanaşı qlobal prioritet olmalıdır.

Onlar həmçinin bu mövzuda müzakirələrə başlamağa və qabaqcıl AI texnologiyalarından gələn təhlükələrə ciddi yanaşan ekspertlərin və ictimai xadimlərin sayının artması barədə danışmağa çağırıblar.
 
Qaynarinfo Associated Press-ə istinadla xəbər verir ki, bundan bir qədər əvvəl Twitter, SpaceX və Tesla şirkətlərinin sahibi İlon Mask, eləcə də 1000-dən çox elmi tədqiqatçı və texniki mütəxəssis proqramın altı ay müddətinə süni intellektin inkişafının dayandırılmasını tələb edən məktub imzalamışdı. Onlar hesab edirlər ki, bu, cəmiyyət və bəşəriyyət üçün ciddi risklər yaradır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->