Beh verdi, həm evdən, həm də pulundan oldu - TƏFƏRRÜAT
Ev kirayələmək üçün əvvəlcədən beh göndərdi, daha sonra həm evdən, həm də pulundan məhrum oldu...
Yevlax rayon sakini Məleykə Süleymanova iddia edir ki, elan saytlarının birində kirayə ev üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb. O, evin başqa şəxsə satılmaması üçün əvvəlcədən elan sahibinə ödəniş də edib. Lakin Məleykə Süleymanova ödənişi etdikdən sonra elan sahibi təfindən aldadıldığını deyir.
Zərərçəkən Məleykə Süleymanovanın sözlərinə görə, elan üçün qadınla əlaqə saxlasa da daha sonra nömrənin həmin şəxsə aid olmadığı məlum olub
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər”ə bildirilib ki, bəzi işbazlar saytlarda daşınmaz əmlakların satışı və kirayəsi ilə bağlı elanlar yerləşdirilir və həmin elanlar nəticəsində müştərilər mənzilləri tapırlar. Lakin bu saytlarda yerləşdirilən elanların bəziləri həqiqəti əks etdirmir.
Nazirlik vətəndaşlara bu tip elanlarla qarşılaşdıqda diqqətli olmağı, qeyd olunan problemlərlə üzləşməmək üçün evə yerində baxmağı və ev sahibi ilə danışdıqdan sonra ödəniş etməyi tövsiyə edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər