Xəbər lenti

Bakıda unikal piyada körpüsü inşa edilir (FOTO/VİDEO)
Video 13:09 22.05.2024

Bakıda unikal piyada körpüsü inşa edilir (FOTO/VİDEO)

"Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı "Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.

Qaynarinfo bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə "asılacaq”.

Piyada körpüsünün qabariti Q-(7,20÷13,18) m-dir.

Körpünün layihələndirməsini yerli mühəndislərlə bərabər Almaniyanın "Werner Sobek AG" şirkəti, memarlıq həllərini isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti işləyib.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->