Xəbər lenti

Bakıda çinar ağacı aşdı - 3 nəfər xəsarət aldı
Ölkə 11:34 30.10.2025

Bakıda çinar ağacı aşdı - 3 nəfər xəsarət aldı

Bakıda güclü külək nəticəsində çinar ağacı aşıb, üç nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->