Xəbər lenti

Bakı metrosunda sərnişin öldü
Ölkə 12:43 17.01.2026

Bakı metrosunda sərnişin öldü

Bu gün saat 11:30 radələrində metronun "20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, stansiyanın platformasında sərnişinlərdən birinin halı pisləşib.

Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, kişi sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

--> -->