Xəbər lenti

Bakı Apellyasiya Məhkəməsində hansı yeniliklər olub? (AÇIQLAMA)
Ölkə 15:37 26.07.2024

Bakı Apellyasiya Məhkəməsində hansı yeniliklər olub? (AÇIQLAMA)

"Ümumiyyətlə fəaliyyətimizin əsas vektorlarını xarakterinə görə təşkilati, yeni çağırışlara uyğun olaraq məhkəmə icraatının effektivliyinin yüksəlməsinə yönəlmiş innovativ və məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı icra edilən tədbirlər kimi xarakterizə etmək olar”. 

Bunu Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov bildirib. 

Sədr qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclas zalları əsaslı şəkildə təmir olunaraq müasir standartlara cavab verən avadanlıqlarla təmin olunmuş, bununla yanaşı Rəyasət Heyətinin iclas zalı tamamilə yenidən dizayn edilərək distant kommunikasiya üçün zəruri İKT ilə təchiz edilmişdir. Eyni zamanda hakimlərin və aparat işçilərinin iş şəraitini yaxşılaşdırmaq məqsədilə  uzun zamandan yarımçıq qalmış beşmərtəbəli korpusun inşasına başlanılmış və yaxın günlərdə yeni korpus hakimlər və məhkəmə aparatı işçilərinin istifadəsinə veriləcək: 

"Məhkəmə istifadəçilərinin məhkəməyə çatımlılığının asanlaşdırılması, şifahi formada daxil olan müraciətlərin mərkəzləşdirilməsi və operativ idarə olunması üçün yeni interaktiv "çağrı mərkəzi” yaradılmış, "whatsapp” hesabı, məhkəmənin "facebook”, "instagram” və "X” sosial şəbəkələrində hesabları açılmışdır. Vətəndaşların müraciətlərinə daim diqqətlə yanaşılaraq onlara tam sərbəst şəkildə mövqelərini ifadə etmək üçün lazımi şərait yaradılmışdır. Vətəndaş qəbulları yalnız qrafik üzrə müəyyən olunmuş günlərdə deyil, zəruri və təxirəsalınmaz hallarda növbədənkənar da həyata keçirilməkdədir. Məhkəmədə kadrlarla işin yenidən qurulmasına, kadrların hazırlıq səviyyəsinə diqqət daha da artırılmış, e-məhkəmə informasiya sisteminin elementlərinin daha çevik iş rejiminə adaptə edilərək implementasiyası, əlçatımlılığın və real səffaflığın təmini üçün məhkəmənin fəaliyyətini tənzimləyən aparatın işini təkmilləşdirmək məqsədilə zəruri təhlillər aparılmış və daxili struktur dəyişikliklərin edilməsi istiqamətində lazimi işlər görülmüşdür”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->