Xəbər lenti

Ölkə 14:45 16.04.2025

"Bağırov" körpüsündə tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı

Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsündə tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, sözügedən tuneldə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
--> -->