SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir.
Qaynarinfo xəbər verir ki, növbəti həftə (12, 14 və 16 iyun tarixləri) 1 şəhər və 2 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Samux rayonunda (YAP-ın inzibati binasının qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Göygöl rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Şərhlər