28 minə mədən ərazisindən ev almaq istəyən qadını belə aldatdılar (VİDEO)
28 min manat ödəyib fərdi yaşayış evi almaq istədi, evini də itirdi, pulunu da...
Bu iddia ilə "Xəzər Xəbər”in qaynar xəttinə Sabunçu rayonu, Sabunçu qəsəbə sakini Natəvan Hacızadə müraciət edib.
Natavən Hacızadə iddia edir ki, bu ilin fevral ayında Balaxanı qəsəbəsində rieltor fəaliyyəti ilə məşğul olan Seymur Əşrəfova müraciət edib. Seymur Əşrəfov fərdi yaşayış evinin sənədlərini onun adına rəsmiləşdirmək üçün qarşı tərəfdən vaxt istəyib.
Sonradan Natəvan Hacızadə qəsəbənin Əmrulla Əliyev küçəsindəki evinə köçmək istəsə də məlum olub ki, mənzili bir neçə nəfərə də satılıb.
Natəvan Hacızadə iddia edir ki, rieltor Seymur Əşrəfov ona evi sənədfləşdirəcəyini vəd etsə də ortada nə sənəd var, nə də ev...
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər