Xəbər lenti

Azərbaycanda qayınata gəlinə qumbara atdı
Ölkə 18:42 16.02.2025

Azərbaycanda qayınata gəlinə qumbara atdı

Goranboyda qumbara partlayıb.

Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->