06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
***
Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində "Qara yara” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda "Qara yara” diaqnozu laborator təsdiq edilib, digər 2 xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
***
Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.
Zaqatala apa-ya istinadən xəbər verir ki, rayonun Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.
Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən APA-nın yerli bürosuna verilən məlumatda fakt təsdiqlənib.
Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib.
Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.
Şərhlər