Xəbər lenti

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı (VİDEO)
Ekonomiks 11:33 29.03.2024

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı (VİDEO)

Hər gün ortalama 300 -dən çox nəqliyyat vasitəsi Qaradağ rayonu ərazisində yerləşən terminala daxil olur və hər nəqliyyat vasitəsinin girişinə görə əlavə pul alınır.

Xarici ölkələrdən avtomobil gətirənlərin yolu mütləq bu terminalın parklanma yerindən keçir.

Vətəndaşlar deyirlər ki, əraziyə giriş üçün hər kəs fərdi qaydada pul ödəməlidir.

Vətəndaşlar onu da iddia edirlər ki, ödəniş üçün qəbz təqdim edilmir. Ödənişin edildiyini göstərən kağızın üzərində isə yalnız avtomobilin vin kodu, marka-modeli yazılır. Bildiriş kağızının üzərində ödənişin hansı qurumun və ya məhdud məsuliyyətli cəmiyyətin balansına keçməsi ilə bağlı isə heç bir məlumat yoxdur. Amma faktiki olaraq bu xidmət üçün hər il  milyonlarla manat ödənilir.

Sürücülərin sözlərinə görə, bütün TIR-lar avtomobili bu terminalın parklanmasına gətirir. Qiyməti ucuz alternativ heç bir məntəqə yoxdur. Son üç ildə isə qiymətlər elə 3 dəfə artıb. Bununla yanaşı, terminalın içərəsində olan bəzi xidmətlər də var ki, onların da ödənişi çoxalıb. Əgər avtomobil konteynerlə gəlirsə, vətəndaş giriş üçün 150 manat, konteynerin açılması xidmətinə görə isə əlavə 150 manat da ödəyir. Kənd təsərrüfatı, tikinti texnikaları üçün isə giriş 600 manatdır.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, terminalın parklanma üçün olan duracağı onların balansında deyil. Ödənişləri parklanma xidmətini həyata keçirən məhdud məsuliyyətli cəmiyyət təyin edir.

Parklanma ödənişlərini toplayan məhdud məsuliyyətli cəmiyyəti tapmaq isə mümkün olmadı. Ərazidə xidmət aparan işçilər hər hansı məlumat vermək səlahiyyətində olmadığını bildirdilər. Əlimizdə olan bildirişlərdə də məhdud məsuliyyətli cəmiyyətin hansı VÖEN ilə fəaliyyət göstərməsi barədə heç bir məlumat olmadığından qiymətlərin niyə artması sualına cavab tapa bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->