Xəbər lenti

Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu (YENİIƏNİR)
Foto 16:25 15.11.2025

Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu (YENİIƏNİR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.
 
***
 
Daşkənddə noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycan mütəmadi səfərlərinin əlaqələrin inkişafında rolu vurğulanıb.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək bu xüsusda dövlət başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunulub.

Söhbət zamanı dövlət başçıları iki ölkə arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->