Xəbər lenti

Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq
Ekonomiks 21:52 05.12.2025

Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq

Azərbaycandan Çinə fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Qaynarinfo bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Bu gün Zaqatalada fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. İxracatçılara bu sahədə tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mövcud prosedurlara düzgün riayət edilməsi ixrac prosesinin daha şəffaf, operativ və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Tədbirdə həmçinin fındıq məhsullarında aflatoksin riskinin azaldılması üçün vacib tədbirlər diqqətə çatdırılıb. Bölgədə Qəhvəyi mərmər bağacığına qarşı aparılan qış monitorinqlərinin nəticələri təqdim olunub, yaz-yay mövsümündə mübarizə işlərinin daha səmərəli təşkili, əhalinin və fermerlərin maarifləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi müzakirə edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->