Ramazan ayında gündəlik rutinlərdəki dəyişikliklər bədənin bioloji saatını poza bilər. Lakin sadə tədbirlərlə uyku rejimini qorumaq və gün boyu enerjili qalmaq mümkündür.
Qaynarinfo xəbər verir ki, Ramazan ayı oruc ibadəti ilə yanaşı gündəlik həyat vərdişlərində də mühüm dəyişikliklər gətirir. Bu dəyişikliklərin ən barizi isə yuxu rejimidir. Sahur və iftar saatlarının fərqli zamanlara düşməsi gecə yuxusunun bölünməsinə və ümumi yuxu müddətinin azalmasına səbəb ola bilər. Halbuki nizamlı və keyfiyyətli yuxu gün ərzində enerji səviyyəsini, diqqət müddətini və ümumi sağlamlığı birbaşa təsir edir. Bu səbəbdən Ramazan boyunca yuxu rejiminə diqqət yetirmək, həm fiziki, həm də zehni baxımdan daha sağlam bir oruc dövrü keçirməyə kömək edir.
Yuxu müddəti və keyfiyyətinin əhəmiyyəti
Yuxu bədənin bioloji saatını tənzimləyir və immun sistemindən zehni performansa qədər bir çox prosesi təsir edir. Yetkin şəxslər üçün gündə orta hesabla 7–9 saat yuxu tövsiyə olunur, lakin bu fərdi olaraq dəyişə bilər. Vacib olan yalnız yuxu müddəti deyil, həm də keyfiyyətidir.
Qeyri-kafi və nizamsız yuxu diqqətin dağılmasına, halsızlığa və performansın düşməsinə səbəb ola bilər. Uzun müddətdə isə ürək xəstəlikləri və hipertoniya kimi sağlamlıq problemləri riskini artırır.
Ramazan ayında yuxu rejimini təsir edən amillər
Sahura qalxmaq: Gecə yuxusunun bölünməsinə səbəb olur.
İftar sonrası fəaliyyətlər: Sosial tədbirlər və gec saatlara qədər ibadət yuxu vaxtını gecikdirə bilər.
Qida vərdişləri: İftarda ağır, yağlı və şirin qidaların qəbulu yuxuya keçidi çətinləşdirə bilər.
Kofein istehlakı: Çay, qəhvə və qazlı içkilər yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər.
Sağlam yuxu üçün tövsiyələr
Günorta yuxusu: Günortadan sonra 20–30 dəqiqəlik qısa yuxu enerji səviyyəsini tarazlaşdırmağa kömək edir.
Yüngül və balanslı qidalanma: İftarda ağır, yağlı və ədviyyatlı yeməklərdən çəkinmək mədə narahatlıqlarını və yuxu problemlərini azaldır.
Kofein istehlakını azaltmaq: Xüsusilə iftardan sonra kofeinli içkilərin məhdudlaşdırılması daha rahat yuxuya getməyə imkan verir.
Daimi yuxu rejimi yaratmaq: Sahur saatına uyğun sabit yuxu proqramı bədənin yeni düzənə adaptasiyasını asanlaşdırır.
Uyğun yuxu mühiti hazırlamaq: Sakit, qaranlıq və sərin yataq otağı yuxu keyfiyyətini artırır.
Ramazan ayında dəyişən gündəlik rutinlər yuxu rejimini birbaşa təsir edə bilər. Lakin şüurlu planlama və sağlam vərdişlərlə bu proses tarazlı saxlanıla bilər.
Daimi və keyfiyyətli yuxu oruc zamanı qarşılaşılan fiziki və zehni çətinlikləri yüngülləşdirir, gün boyu daha enerjili və məhsuldar olmağa dəstək olur. Bu səbəbdən Ramazan boyunca yuxu rejiminə önəm vermək, sağlam bir ay keçirmək üçün mühüm hesab edilir.
Günay
Şərhlər