Xəbər lenti

Azərbaycan Basketbol Liqası: VI tura start verilir
İdman 10:12 06.11.2025

Azərbaycan Basketbol Liqası: VI tura start verilir

Azərbaycan Basketbol Liqasında VI tura bu gün start veriləcək.

Qaynarinfo xəbər verir ki, günün yeganə matçında "Lənkəran" "Sumqayıt"ı qəbul edəcək.

Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.

Meydan sahibləri B qrupunda 7 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 6 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->