Xəbər lenti

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınır (FOTO)
Foto 10:24 06.11.2025

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınır (FOTO)

Ermənistan üçün Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır.

"APA-Economics" xəbər verir ki, Gürcüstana yola salınan qatar daha sonra Ermənistana gedəcək.

Noyabrın 6-da Qazaxıstandan Azərbaycan və Gürcüstandan tranzit keçməklə 15 ədəd vaqon rəsmiləşdirilərək Biləcəri stansiyasından Ermənistana yola salınır.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->