Xəbər lenti

AXCP-nin sədr müavini sərbəst buraxıldı (YENİLƏNİB)
Ölkə 14:33 07.06.2024

AXCP-nin sədr müavini sərbəst buraxıldı (YENİLƏNİB)

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Qaynarinfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini,  1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.

Fakt üzrə araşdırma aparılır.
 
11:17
 
DİN-in Mətbuat xidmətindən bildirilib ki, A.Məhərrəmov barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->