Xəbər lenti

Avropa liderləri narahatdır: Trampım müşavirləri qitədə hakimiyyəti dəyişmək istəyir
Dünya 21:50 20.09.2025

Avropa liderləri narahatdır: Trampım müşavirləri qitədə hakimiyyəti dəyişmək istəyir

Avropa liderləri və rəsmiləri Donald Trampın administrasiyasının Avropada sağ mərkəzçi partiyaları dəstəkləməsindən ciddi narahatdır.

Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, Tramp vəzifəyə başladığı bir neçə ay ərzində onun administrasiyasının nümayəndələri demək olar, bütün Avropa ölkələrində – Böyük Britaniya, Çexiya, Fransa, Macarıstan, İtaliya, Niderland, Rumıniya, Slovakiya və İspaniyada sağ partiyalara açıq dəstək bildiriblər.

Bu addımlar bəzi Avropa liderləri və məmurlarında belə qənaət yaradıb ki, ABŞ prezidentinin müşavirləri Avropada "rejim dəyişikliyi" arzulayır. Onlar hesab edirlər ki, amerikalılar mərkəzçi hökumətləri radikal sağ partiyalarla əvəzləmək istəyir və bu qüvvələr "millət, din, gender və mədəni dəyərlər" barədə ABŞ administrasiyası ilə oxşar baxışlara malikdir.

Məqalədə bildirilir ki, Avropada narahatlıq yalnız ABŞ-ın seçkilərə təsir ehtimalı ilə bağlı deyil. Trampın tərəfdarlarının Avropa qanunvericiləri ilə görüşləri, Avropa normalarını sarsıtmaq cəhdləri, Qrenlandiya məsələsinə müdaxilələri, eləcə də Fransada və Rumıniyada radikal sağçı namizədlərə qarşı çıxan məhkəmə qərarlarına hücumları buna əlavə nümunələrdir.

Avropa rəsmiləri Tramp və onun müşavirlərinin ideoloji baxışlarını açıq şəkildə ifadə etmə haqqını tanısalar da, onların daxili siyasətə müdaxiləsini müttəfiqlər arasında qəbul olunmuş qaydaların pozulması kimi dəyərləndirirlər.

NYT-yə danışan yüksək vəzifəli bir Avropa rəsmisi qeyd edib ki, bəzi liderlər ictimaiyyət qarşısında Tramp və Vit Ven­sə xoş sözlər desələr də, əslində onların daxili işlərə qarışmasından ciddi narazıdırlar.

"Chatham House" tədqiqat qrupunun keçmiş direktoru Robin Niblet isə belə deyib: "Vens və onun tərəfdarları qərb kimliyində inqilabın önündə olduqlarına inanırlar. Onların təsəvvüründə "həqiqi" – yəhudi-xristian dəyərlərinə söykənən Qərb, özünü tənqid edən elitalar tərəfindən tətbiq edilən mənasız yeni normalar ucbatından zəiflədilir və dağıdılır. Beləliklə, bəli, onların məqsədi Avropada rejim dəyişikliyidir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->