Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
"Report"un məlumatına görə, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.
Qeyd edək ki, Gürcüstan ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.
17:18
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Qaynarinfo xəbər verir ki, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Matçı almaniyalı Daniel Zibert idarə edir.
Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.
Şərhlər