Gənclər və İdman Nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib.
Qaynarinfo xəbər verir ki, tədbir zamanı müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin idman federasiyası nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Prezident Kuboku-2023” reqatası ilin idman tədbiri nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib.
"Prezident kuboku” və "Mingəçevir Reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi "Kür” Olimpiya Tədris-İdman Mərkəzi isə 2023-cü ilin ən yaxşı idman qurğusu nominasiyasında birinci yerə layiq görülüb.
Şərhlər