Xəbər lenti

İdman 12:40 10.07.2024

"Araz-Naxçıvan" İsraildən braziliyalı futbolçu transfer etdi

Təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bu gün Türkiyəyə yola düşən "Araz-Naxçıvan” növbəti transferini həyata keçirib.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Felipe Santosu heyətinə qatıb.

Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu "qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu İsrail "Hapoel Hayfa” olub. Karyerasına vətənində başlayan futbolçu "Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə "Ankaran”, sonra isə "Maribor”un heyətində yer alıb. O, "Maribor”dan sonra Azərbaycana gəlib. "Şamaxı”nın formasını geyinib, sonra "Qəbələ”nin qələbələri üçün çalışıb.

Qeyd edək ki, "Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->