Xəbər lenti

Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Ekonomiks 16:17 24.03.2024

Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı

Milli Məclisin birinci və üçüncü çağırış deputatı olmuş Rizvan Cəbiyevlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında torpaq qalmaqalı yaşanır. 

Qaynarinfo xəbər verir ki, Rizvan Cəbiyev bu qalmaqaldan dolayı məhkəməyə müraciət edib. 

O, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi barəsində iddia qaldırıb. 
İş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsi keçmiş deputatın iddiasını təmin edtməyib. Rizvan Cəbiyev də apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq. 

İşin təfərüatları haqqında açıq mənbələrdə məlumat yoxdur. Bəzi iddialara görə, qalmaqal Rizvan Cəbiyevin istifadəsində olan torpaq sahəsinin sənədləşməsi prosesi ilə bağlıdır. 

Rizvan Cəbiyev Milli Məclisin fəal deputatlarından olub. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan keçmiş deputat mərhum reper Anar Nağılbazın atasıdır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->