Xəbər lenti

Ağdamda işdən çıxarılan şəxs sahə rəisindən narazıdır:
Ekonomiks 17:54 24.07.2024

Ağdamda işdən çıxarılan şəxs sahə rəisindən narazıdır: "Mənə qanunsuz olaraq öz işlərini gördürüb"

Ağdam rayonunun Yusifcanlı kənd sakini İxtiyar Rüstəmov işdən çıxarılmasından narazıdır. 

Bu barədə Qaynarinfo-ya İxtiyar Rüstəmovun özü bildirib. 

Onun sözlərinə görə, 2008-ci ildən Mexaniki Suvarma İdarəsində montyor işləyib. Bu ilin may ayında isə qanunsuz olaraq işdən çıxarılıb. 

"İşdən çıxarılmağımda sahə rəisi Rövşən Nəcəfovun rolu olub. Mən işimi bitirdikdən sonra qonşu kəndə başqa iş üçün getmişəm. Rövşən Nəcəfov isə bunu işdən yayınmaq kimi qələmə verərək məni işdən çıxartdırıb", deyə şikayətçi bildirib. 

İxtiyar Rüstəmov əlavə edib ki, işdən çıxarılması ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib: 

"Oradan dedilər ki, sənə "JEK"də iş veriləcək. Lakin bu da olmadı. İşimin öhdəsindən həmişə layiqincə gəlmişəm. Rövşən Nəcəfov məni işdən yayınmaqda ittiham edir. Halbuki özü məni işdən yayındırıb. Təsəvvür edin, məni qanunsuz olaraq Ağdamda "Xaçınstroy" deyilən əraziyə aparıb. Öz şəxsi işlərini gördürüb. Bu əraziyə portalda qeydiyyata düşüb getməlisən. Amma Rövşən Nəcəfov məni ora portalsız aparıb. Bundan rəhbərliyin də xəbəri olub. Mən orada minaya düşsəydim, deyəcəkdilər ki, qarətə gedib. Özü qanunsuzluq edir, amma məni işdən yayınmaqda günahlandırır. İki aydır işsiz qalmışam. Kreditlərimi ödəyə bilmirəm. Bir neçə aydan sonra oğlum hərbi xidmətə yollanacaq. Tamamilə köməksiz qalacağam".

İxtiyar Rüstəmovun iddiaları ilə bağlı idarənin mövqeyini öyrənmək mümkün olmayıb. 

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadədir. Bu idarə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində fəaliyyət göstərib. Cari ilin martında Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. "Meliorasiya və Su Təsərrüfatı" ASC bu agentliyin tabeliyinə verilib. Yeni qurumun rəhbəri Zaur Mikayılovdur. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->