Xəbər lenti

Afrika iki hissəyə bölünə bilər (FOTO)
Dünya 10:55 07.01.2025

Afrika iki hissəyə bölünə bilər (FOTO)

Afrika qitəsi uzunluğu 3200 kilometrdən artıq olan çat üzrə iki hissəyə bölünə bilər və bu proses gözləniləndən daha sürətli gedir. 

Qaynarinfo bu barədə "Bild"ə istinadən xəbər verir.

Bunun əsas səbəbi tektonik plitələrin hərəkətidir. Bu prosesin ilk əlamətləri 2005-ci ildə müşahidə olunmuşdu - həmin vaxt Efiopiyada 50 kilometrdən artıq uzunluqda çat yaranmışdı. 2018-ci ildə isə Keniya ərazisində yer səthi çatlayaraq dərin bir yarıq əmələ gətirib.
 


Bu çatlar Böyük Rift vadisi adlanan ərazidə yerləşir. Bu vadi 30 milyon il əvvəl Afrika piltəsinin parçalanması nəticəsində yaranıb. Hazırda biz bu hadisənin yer səthindəki nəticələrini müşahidə edirik.

Əvvəllər geoloqlar hesab edirdilər ki, Afrikanın iki hissəyə ayrılması üçün 5-10 milyon il tələb olunacaq. Lakin son məlumatlara əsasən, bu proses daha erkən baş verə bilər. Tulane Universitetindən geofizik Sintiya Ebinger "Daily Galaxy" platformasına açıqlamasında bildirib:

"Biz bu proqnozu 1 milyon ilə qədər azaltdıq, hətta bəlkə də bu, iki dəfə daha tez baş verə bilər".
 


Yarığın genişlənməsi ildə 0,8-2,5 sm təşkil edir, lakin zəlzələlər bu prosesi sürətləndirə bilər ki, bu da dəqiq proqnoz verməyi çətinləşdirir. Nəticədə Somali, Efiopiya, Tanzaniya və Keniyanın yarısı Afrikanın sahillərində nəhəng bir ada təşkil edəcək.

Tektonik plitələrin və yer qabığının hərəkəti, əsasən, onun altındakı magma axınları ilə əlaqəlidir. Məsələn, Efiopiya ərazisində yer səthindən cəmi 10 kilometr dərinlikdə yerləşən yüksək temperaturda maye süxur yer qabığını zəiflədir və çatların yaranmasına səbəb olur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->