Xəbər lenti

Adolf Hitlerin böyüdüyü evdə polis şöbəsi açılacaq
Dünya 20:53 24.05.2023

Adolf Hitlerin böyüdüyü evdə polis şöbəsi açılacaq

Faşist diktatoru Adolf Hitlerin böyüdüyü evdə polis əməkdaşları üçün insan haqları üzrə seminarlar mərkəzi yaradılacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Deutsche Welle" yerli ORF2 telekanalına istinadən məlumat yayıb.

Bildirilir ki, bundan əvvəl Avstriya Daxili İşlər Nazirliyi (MVD) Avstriyanın Braunau am İnn şəhərində yerləşən evin yerində polis bölməsi açmağı planlaşdırıb, lakin bu niyyət ölkə vətəndaşları tərəfindən tənqid edilib. 

Avstriya Daxili İşlər Nazirliyinin ekspert komissiyasının nümayəndələrindən biri, tarixçi Oliver Ratkolb müsbət dəyişikliklərin vacibliyini qeyd edib.

"Söhbət sadəcə bir polis bölməsindən getmir. Söhbət müsbət iş görməyə çalışmaqdan gedir. Və gənc polislərə insan hüquqları sahəsində təlim keçməkdən vacib nə ola bilər?” – ekspert bildirib.

2016-cı ilin iyulunda Avstriya daxili işlər nazirliyi Adolf Hitlerin doğulduğu evi müsadirə etməyi planlaşdırırdı.

Elə həmin ilin oktyabrında Avstriya hakimiyyəti "neonasistlərin ziyarət yeri kimi xidmət etdiyini” bildirərək, evi sökmək qərarına gəlib. Lakin onlar bu addımı atmayıblar, çünki bina 17-ci əsrin memarlıq abidəsi hesab olunur. 1993-cü ildən o, Salzburqətrafı memarlıq qrupunun bir hissəsidir və qanunla qorunur.
2016-cı ilin avqustunda Avstriya hökumətinin diktatorun yaşadığı binanın milliləşdirilməsi ilə bağlı qərarı haqda bəyanat yayılıb.

İkinci Dünya müharibəsi illərində Hitlerin evi "mədəniyyət mərkəzi” kimi istifadə olunub. Nasistlərin Avstriyadan geri çəkilməsi zamanı binanı partlatmaq cəhdləri uğursuz olub.

Müharibədən sonra bu evdə kitabxana, sonra isə məktəb təşkil olunub. Sonralar əlillərin emalatxanasına çevrilib. 1952-ci ildə ev indiki sahiblərinin ailəsinə təzminat kimi verilib. 2011-ci ildən boşdur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->