Şimali Amerika Aerokosmik Komandanlığı birgə uçuş zamanı Rusiya və Çin bombardmançılarının ilk dəfə "tutulduğunu” bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika KİV-ləri, xüsusən də CNN telekanalı bəyanata istinadən məlumat
yayıb.
Çərşənbə günü NORAD Alyaska yaxınlığında birlikdə uçan iki Rusiya Tu-95 və iki Çin H-6 bombardmançı təyyarəsini çəmbərə alıb.
Bunun Rusiya və Çinin birlikdə hərəkət etdiyi bir vəziyyətdə ilk müdaxilə olduğu, həmçinin Çin bombardmançılarının Alyaskadakı hava hücumundan müdafiə identifikasiya zonasına ilk dəfə uçduğu bildirilir. Rusiya təyyarələri mütəmadi olaraq oraya daxil olur.
Bombardmançı təyyarələr ABŞ və Kanadanın suveren hava məkanına daxil olmayıb.
Müdaxilə Amerikanın F-16 və F-35-ləri, eləcə də Kanada CF-18-ləri tərəfindən həyata keçirilib.
İyulun əvvəlində Finlandiya və İsveç pilotları Baltik dənizi üzərində Rusiya qırıcılarını zərərsizləşdirmişdilər.
Bu həftə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-52H strateji bombardmançı təyyarəsinin Rumıniyaya gəldiyi və ilk dəfə bu ölkədən uçacağı bildirilib.
Alpər
Şərhlər