Xəbər lenti

ABŞ Rusiyanın Donbasla bağlı mövqeyini çatdırır, Ukrayna bunu mümkün saymır – Mənbə
Dünya 12:20 01.12.2025

ABŞ Rusiyanın Donbasla bağlı mövqeyini çatdırır, Ukrayna bunu mümkün saymır – Mənbə

Floridada dünən Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşündə tərəflər sülh sazişinin layihəsini razılaşdıra bilməyiblər. Əsas mübahisələr məhz ərazi məsələləri və Ukraynanın NATO-ya mümkün üzvlüyü ətrafında gedib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RBK-Ukraina” məlumatlı mənbəyə istinadən yazır.

Mənbənin sözlərinə görə, "danışıqlar artıq daha çox Cenevrədə razılaşdırılmış çərçivədən yox, problemli məsələlərdən fokuslanır… Bu, irəliyə atılmış daha bir addım idi”.

Mənbə qeyd edib ki, ABŞ danışıqlarda vasitəçi kimi çıxış edir və Rusiya tərəfinin mövqelərini çatdırır. Xüsusilə, Moskva ukrayna qüvvələrinin Donbasdan tam çıxmasını tələb edir.

Ukrayna isə bunun mümkün olmadığını bildirir — həm konstitusiya məhdudiyyətlərinə, həm Ukrayna cəmiyyətinin mövqeyinə, həm də cəbhədəki real vəziyyətə görə.

Kiyevin mövqeyi dəyişməz qalır: ərazilər barədə istənilən müzakirə Rusiya tərəfindən irəli sürülən ultimativ tələblərlə yox, hazırkı təmas xəttindən başlamalıdır.
"Çıxış yollarının axtarışı davam edir, lakin bu, son dərəcə çətin məsələdir”, — mənbə vurğulayıb.

Ukrayna nümayəndə heyəti ayrıca qeyd edib ki, NATO-ya üzvlük kursu Konstitusiyada təsbit olunub və bu müddəanın saziş naminə dəyişdirilməsi təhlükəli presedent yarada bilər.

Kiyev eyni zamanda vurğulayır ki, Rusiya Ukraynanın Alyansa üzvlüyü üzərində veto hüququna malik ola bilməz.

Mənbənin sözlərinə görə, Amerika tərəfi Kiyevin arqumentlərini dinləməyə hazır olduqlarını göstərsə də, Rusiyayla danışıqların mürəkkəbliyini xatırladır:
"Siz 100% haqlı ola bilərsiniz, amma qarşı tərəf də var… Əgər o "yox” deyirsə, biz nə edə bilərik?”

Floridada keçirilən danışıqlardan sonra həm ABŞ, həm Ukrayna nümayəndələri görüşün məhsuldar keçdiyini bildirsələr də, bir sıra vacib məsələlərin açıq qaldığını etiraf ediblər.

KİV-in məlumatına görə, Ukrayna və ABŞ sülh sazişi üzrə daimi dialoqu davam etdirirlər, lakin növbəti raundun keçiriləcəyi yer hələ müəyyənləşməyib. Kiyev prezidentlər Vladimir Zelenski və Donald Tramp arasında şəxsi təmasda israr edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->