ABŞ-ın Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News” telekanalı məlumat yayıb.
Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.
"İlkin məlumatlara görə, avtomobil, çox güman ki, bir qrup insana çırpılıb. Xəsarət alanlar barədə məlumat olmasa da, ölüm hallarının olduğu bildirilir", - yerli polis idarəsindən qeyd olunub.
Hadisənin baş verdiyi ərazidə partlayıcı qurğu aşkar edilib. Bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi "Fox News”a bildirib.
Qeyd olunub ki, avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.
Şərhlər