Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən maklerin məhkəmə istintaqı sona çatıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ə.Məmmədovun cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxs onlardan birini işə düzəltmək, digər ikisini isə sənədləşmə işlərinə kömək adı ilə aldadıb.
Zərəçəkmişlərə dəymiş zərərin ümumi məbləği 63 000 manatdır.
Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1(Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ə.Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər