Xəbər lenti

Zəngilanın Məmmədbəyli kəndinə daha 26 ailə köçürüldü (FOTO)
Foto 08:59 29.01.2026

Zəngilanın Məmmədbəyli kəndinə daha 26 ailə köçürüldü (FOTO)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə rayonun Məmmədbəyli kəndinə 26 ailə - 142 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


--> -->