Cənubi Muğan kanalına sabahdan suyun verilişi müvəqqəti dayandırılacaq.
Buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləridir.
Kanala suyun 10 gün sonra veriləcəyi gözlənilir.
Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometrdir. Onun suyundan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.
Şərhlər