Xəbər lenti

Zəfərlə qayıdış: 2025-ci ilin ən populyar avtomobili açıqlandı (SİYAHI)
Dünya 19:20 19.02.2026

Zəfərlə qayıdış: 2025-ci ilin ən populyar avtomobili açıqlandı (SİYAHI)

"Tesla Model Y" yenidən planetin ən populyar avtomobili statusunu təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Focus2Move" məlumat yayıb.

2025-ci ilin nəticələrinə görə, "Tesla Model Y" satışlarının 9,3%-ni itirib, lakin bu, liderliyi itirmək üçün kifayət etməyib.

Satışlar ən çox ABŞ-da (-15,8%) və Avropada (-16,6%) azalıb, amma Asiyada, yəni "Tesla"nın ən çox satıldığı regionda, azalma çox kiçik olub – cəmi 2,2%. Nəticədə "Model Y" bazar payını 1,2% səviyyəsində saxlayıb və dünyada ən çox tələb olunan avtomobil olaraq qalıb.

Dünya miqyasında ikinci yeri "Toyota RAV4" tutub. O, yalnız 1,4% satış itkisi yaşamış, amma ABŞ və Asiyada kiçik artım sayəsində "Corolla" modelini qabaqlayıb.

"Toyota Corolla" isə üçüncü yeri tutub və satışlar 9,2% azalıb. Dördüncü yerdə isə əfsanəvi ABŞ pikapı "Ford F-Series" qərarlaşıb: əksinə, onun satışları 8,1% artıb.

Ümumilikdə, dünyada ən populyar on avtomobil belədir:

1. Tesla Model Y (-9,3%)
2. Toyota RAV4 (-1,4%)
3. Toyota Corolla (-9,2%)
4. Ford F-Series (+8,1%)
5. Honda CR-V (-2,1%)
6. Chevrolet Silverado (+4%)
7. Hyundai Tucson (+3,9%)
8. Toyota Camry (+9,4%)
9. Volkswagen Tiguan (+2%)
10. Kia Sportage (-0,8%)

Aydın

--> -->