Böyük Britaniyada keçmiş şahzadə Endryunu – kral III Çarlzın doğma qardaşı – dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Məlumata görə, həbs Temza Vadisi Polisi (Thames Valley Police) tərəfindən həyata keçirilib. Hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir ki, fevralın 19-da Norfolkdən olan 60 yaşlı bir kişi dövlət vəzifəsindən sui-istifadə şübhəsi ilə həbs olunub. Hazırda o, polis nəzarətindədir.
Polis həmçinin Barkşir və Norfolkdakı ünvanlarda axtarışlar aparır. Həbs edilənin adı rəsmi olaraq açıqlanmır, milli tövsiyələrə və davam edən istintaqa istinad edilir.
Polis rəisinin köməkçisi Oliver Rayt bildirib ki, istintaq "şəraitin diqqətli qiymətləndirilməsindən” sonra başlayıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları işə ictimaiyyətin böyük marağını başa düşür və əlavə məlumatın sonradan veriləcəyini vəd edir.
Tanınma nişanları olmayan avtomobillər səhər saatlarında Endryunu Vindsordakı iqamətgahından köçdükdən sonra yaşadığı Norfolkdakı Sandringem malikanəsi yaxınlığında müşahidə olunub.
Bu, keçmiş şahzadənin uzun illərdir ki, məhkum seksual cinayətkar Ceffri Epşteynlə əlaqələrinə dair ittihamlar fonunda həbs olunmasıdır. Endryunu əvvəllər hər hansı qanun pozuntusunu qəti şəkildə inkar edib. İstintaq davam edir.
Xatırladaq ki, Endryu rəsmi olaraq keçmiş şahzadədir. 2022-ci ilin yanvarında, Ceffri Epşteynlə əlaqələri və ABŞ-da açılmış məhkəmə iddiaları nəticəsində uzun skandallardan sonra, kraliça II Elizabet ona kral hərbi titullarını və krallığı təmsil etmə icazəsini ləğv edib.
Aydın
Şərhlər