Bakıda məşhur mağazalar şəbəkəsindən oğurluq edilib.
Qaynarinfo xəbər verir ki, 1986-cı ildə Bakı şəhərində anadan olan, özünün dediyinə görə, ali təhsilli G.H. "Zara" geyim mağazasından 263 manat dəyərində paltar oğurlayıb.
G.H. maddi vəziyətinin yaxşı olmaması səbəbilə oğurluq etdiyini, əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə G.H. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 3 ay müddətinə həbs edilib.
Aydın
Şərhlər