Xəbər lenti

Cənubi Koreya ibtidai və orta məktəblərdə smartfonlara qadağa qoydu
Dünya 18:48 28.08.2025

Cənubi Koreya ibtidai və orta məktəblərdə smartfonlara qadağa qoydu

Cənubi Koreyada qanun qəbul edilib ki, ibtidai və orta məktəb siniflərində smartfonlar və digər ağıllı cihazların istifadəsini qadağan edir. 

Qaynarinfo "The New York Times”a istinadla xəbər verir ki, yeni qaydalar 2026-cı ildən qüvvəyə minəcək.

Qaydalar yalnız dərs zamanı tətbiq olunur: fasilələrdə şagirdlər cihazlardan istifadə edə biləcəklər. Qanunda pozuntular üçün konkret cəzalar nəzərdə tutulmasa da, məktəb direktorlarına və müəllimlərə məktəb ərazisində qadjetlərin istifadəsini məhdudlaşdırmaq hüququ verilir. İstisnalar yalnız fövqəladə hallara və tədris məqsədlərinə şamil olunur.

Əslində ölkədə əksər məktəblər artıq 2023-cü ildə qəbul edilmiş daxili smartfon məhdudiyyətləri qaydalarına malikdir. Lakin parlamentin yeni qərarı qadağanı bütün ölkə üzrə ümumi edir. Qanunvericilər bildirirlər ki, bu addım cihazlara asılılığın sürətlə artmasına cavab olaraq atılıb. 2024-cü il dövlət sorğusuna görə, əhalinin təxminən 25%-i smartfondan istifadə vaxtını nəzarətdə saxlaya bilmir. Problemin ən ciddi olduğu qrup uşaqlar və yeniyetmələrdir, burada göstərici 43%-ə çatır.

Hər kəs bu yeniliyi dəstəkləmir. Müxaliflər hesab edirlər ki, məhdudiyyət "şagirdlərin əsas konstitusiya hüquqlarını - ünsiyyət azadlığı, şəxsi həyat hüququ və xoşbəxtlik axtarışını pozur”.

Qeyd edək ki, oxşar addımlar artıq Fransa, Finlandiya, İtaliya, Niderland və Çin tərəfindən də atılıb. ABŞ-da isə qaydalar yalnız bəzi ştatlarda tətbiq olunur: 14 ştatda, o cümlədən Nyu York, Florida və Virciniyada məhdudiyyətlər qüvvədədir. 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->