Bu gün "Yeni Sabah” xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.
2019-cu il yanvarın 25-dən etibarən fəaliyyət göstərən Yenisabah.az siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman və digər sahələr üzrə operativ xəbərlər, analitik məqalələr və ekspert rəyləri təqdim edir.
Portal eyni zamanda sosial mediada da aktivdir və Facebook, Instagram, Telegram, TikTok və YouTube platformaları vasitəsilə gündəlik yüzlərlə xəbər və multimedia materialı yayımlayır.
"Yeni Sabah” media sahəsində yaradılan əlverişli mühitdən yararlanaraq fəaliyyət göstərdiyi müddətdə dövlət dəstəyi alıb, Medianın İnkişafı Agentliyinin müsabiqələrində dəfələrlə qalib olub. Portal yenilənmə və inkişafı əsas məqsəd seçərək oxucu etimadını doğrultmaq üçün fəaliyyətini davam etdirir.
Qaynarinfo "Yeni Sabah"ın kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.
Şərhlər