Xəbər lenti

Salyanda zəncirvari qəza: 7 nəfər xəsarət aldı (FOTO)
Foto 00:24 25.01.2026

Salyanda zəncirvari qəza: 7 nəfər xəsarət aldı (FOTO)

Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan yeddi nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
--> -->