İspaniyalı müğənni Xulio İqlesias onu cinsi təcavüzdə ittiham edən iki qadının iddialarına ilk dəfə cavab verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "El" Pais sənətçinin açıqlamasına istinadən məlumat yayıb.
"Dərin təəssüflə evimin iki keçmiş işçisinin ittihamlarına cavab verirəm. Hər hansı bir qadına qarşı zorakılıq, məcburiyyət və ya hörmətsizlik ittihamlarını rədd edirəm. Bu iddialar tamamilə yalandır", deyə 82 yaşlı İglesias bildirib.
Xulio İqlesiasın malikanəsində ev işçisi işləyən iki qadın dünən sənətçini qısnama və cinsi təcavüzdə ittiham edib. Qurbanlardan biri müğənninin onu cinsi əlaqəyə məcbur etdiyini, şillə vurduğunu, təhqir etdiyini və döydüyünü iddia edib. Digər bir işçi isə yersiz toxunma, təhqir, alçaldıcılıq və daimi təcavüz atmosferindən şikayətlənib.
Daha sonra internetdə Xulio İqlesiasın köhnə bir videosu yayılıb və orada o, televiziya aparıcısı Susana Ximenezi onu öpməyə məcbur edir.
Aydın
Şərhlər