ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousunda bu həftə Rəşad Həkimi (Şamaxılı) və Cəlil Əliyev üz-üzə gəlib.
Qaynarinfo xəbər verir ki, ev sahibi olan Rəşad həmkarı Cəlillə "söz davasına” çıxıb.
Belə ki, ev tapşırıqlarını səsləndirdikdən sonra meyxanaçılar arasında möhtəşəm deyişmə baş tutub.
Hər iki tərəfin də üstün olduğu anlar olsa da, qalibin müəyyənləşməsi üçün 17 yanvar tarixini gözləmək lazım gələcək.
Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə” meyxana yarışında bu həftə Cəlil Əliyev həmkarı Rəşad Həkimini qonaq edəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər