Sabah Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.
"Bəli, sabah Tehranda "3+3" formatında görüşün keçirilməsi nəzərdə tutulub. Təfərrüatları hələlik məlum deyil. Əlavə məlumat veriləcək", deyə o bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan isə bildirib ki, XİN başçısı Ararat Mirzoyan sabah Tehranda "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək.
Ani Badalyan deyib ki, Ararat Mirzoyan İran tərəfinin dəvəti ilə "3+3" formatında keçiriləcək görüşə qatılacaq. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 23-də Tehranda "3+3" formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun oktyabrın 23-də Tehranda danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
13.00
Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə "3+3” formatında ikinci görüş keçiriləcək.
Qaynarinfo bu barədə İRNA-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Nəşr qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətidən də danışılacaq.
Qeyd edək ki, ilk dəfə "3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.
Şərhlər