Xəbər lenti

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəldi
Siyasət 10:10 07.10.2025

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəldi

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->