Xəzər sahilində suiti cəsədləri aşkarlandı (VİDEO)
Xəzərin sahilində suiti cəsədləri aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sahillərində, Bilgəh qəsəbəsi yaxınlığında suitilərin ölümünə rast gəlinib.
Mütəxəssislər bildirirlər ki, Xəzər dənizində ekosistemin müxtəlif səbəblərdən korlanması suitilərin tələfatına səbəb olur.
Coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova bildirib ki, fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, suitilərin Xəzər dənizində antropogen və təbii təsirlərdən nisbi azalması qeydə alınır.
Balıqçılıq və Akvakultura Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı zəruri tədbirlər görülür. Əməkdaşlar əraziyə cəlb edilib və nümunələrin götürülməsi həyata keçirilir. Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər