Tarix kitabları adətən kralları, müharibələri və ya böyük ixtiraları yazır. Lakin 18-ci əsr İngiltərəsində yaşayan bir adam yalnız üzündəki qeyri-adi bir detal ilə bütün bu görkəmli qeydələrin arasına sızmağı bacardı.
Qaynarinfo xəbər verir ki, Tomas Vedders adlı bu şəxsin burnu tam 19 santimetr uzunluğunda olub və bunu görənləri heyrətə gətirən bir fiziki möcüzəyə çevrilmişdi. Bu ölçü bu günün standartları ilə bir qələm boyuna bərabərdir və Veddersi yaşadığı dövrün ən çox danışılan simalarından biri etmişdi.
1730-cu illərdə doğulduğu təxmin edilən Veddersin həyat hekayəsi, o dövrün populyar əyləncə anlayışı olan "qəribə sirklər"də formalaşıb. İnsanların fiziki fərqlilikləri bir qazanc kapısı kimi qiymətləndirildiyi bu amansız dövrdə, Vedders də nəhəng burnu sayəsində böyük şöhrət qazanıb. Sirk çadırlarını dolduran kütlələr, yalnız bu inanılmaz uzunluqdakı burnu bir anlıq görmək üçün sıraya durub. Lakin həmin illərin şou dünyasında bilet satışlarını artırmaq üçün həmişə abartılı hekayələr uydurmaq adət idi. Bu səbəbdən Veddersin burnunun həqiqətən 19 santimetr olub-olmadığı hələ də elmi mübahisə mövzusudur. Dönəmdən qalan rəsmlər və mum fiqurlar isə bu qeyri-adi xüsusiyyətin şəhər əfsanəsindən daha çox olduğunu göstərir.
Tibbi baxımdan bu vəziyyət nadir genetik qüsur kimi qiymətləndirilir. Bəzi tarixi mənbələr Veddersin zəka qabiliyyətinin yüksək olmadığını iddia etsə də, o dövr insanları yalnız onun görünüşü ilə maraqlanmağı üstün tuturdu. Müasir dövrün rəsmi qeydləri isə bizi Türkiyəyə, Artvinə aparır. 2023-cü ildə vəfat edən Mehmet Özyürek 8,8 santimetrlik təsdiqlənmiş burnu ilə Ginnesin Rekorlar Kitabında zirvədə yer alıb. Özyürekin "uğuru” müasir ölçmələrlə sübut edilmiş olsa da, Tomas Veddersin 19 santimetrlik əfsanəsi tarixin ən qəribə səhifələrində liderliyini qoruyur.
Aydın
Şərhlər