Xəbər lenti

Daha 3 həkimin  plastik cərrah kimi fəaliyyətinə icazə verildi
Ölkə 10:51 18.02.2026

Daha 3 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verildi

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 3 həkim-mütəxəssis əlavə olunub.

Siyahıya Əşrəfov Rauf Əşrəf oğlu, Ağayeva Aytac Məhəmməd qızı, Babazadə Nərmin Beydadaş qızı əlavə olunub.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.
--> -->