Xəbər lenti

Xaçmazda yataqxanada yanğın - Sakinlər təxliyə edildi
Ölkə 16:31 27.03.2025

Xaçmazda yataqxanada yanğın - Sakinlər təxliyə edildi

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.

Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->