Xəbər lenti

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)
Ekonomiks 16:16 10.04.2026

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)

"Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub.

Sədrin digər əmri ilə o, "Bakı Metropoliteni”nin İnsan resursları üzrə direktor müavini vəzifəsinə təyin edilib.
 

--> -->