Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, B qrupunda yer alan milli komandamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət kollektivlə qarşılaşıb.
"Liv Bona Dea Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunun I turunda səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub.
Şərhlər